İranda silahlı qrupla atışma zamanı iki polis ölüb

İranda silahlı qrupla atışma zamanı iki polis ölüb
# 22 may 2020 10:34 (UTC +04:00)

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Sərbaz bölgəsində silahlı qruplaşma üzvləri ilə atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Sərbaz şəhərinin Kəlat kəndi yaxınlığında baş vermiş hadisə nəticəsində iki polis ölüb. Onlar polis zabitləri Arman Ərbab və Məsud Şəhrəkidir.

Polis silahlı qruplaşma üzvlərinə qarşı əməliyyatı davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR