İranda sənaye şəhərciyində yanğın olub, iki nəfər ölüb

İranda sənaye şəhərciyində yanğın olub, iki nəfər ölüb
# 14 dekabr 2020 14:46 (UTC +04:00)

İranın Qum əyalətində Sələfçeqan sənaye şəhərciyində yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yanğın nəticəsində şəhərcikdə çalışan fəhlələrdən bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım avtomobilləri və helikopter cəlb olunub. Yaralılardan 4 nəfər helikopterlə Behişti adına xəstəxanaya çatdırılıb. 4 nəfər isə hadisə yerində müayinə olunub.

Yanğın nəticəsində indiyədək iki nəfərin həyatını itirdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR