İranda son sutka ərzində 184 nəfər COVID-19-dan vəfat edib

İranda son sutka ərzində 184 nəfər COVID-19-dan vəfat edib
# 11 avqust 2020 13:49 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 184 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 800 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 345 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 331 189 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 288 620 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 983 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR