İranda son sutkada 101 nəfər koronavirusdan ölüb

İranda son sutkada 101 nəfər koronavirusdan ölüb
# 02 yanvar 2021 17:21 (UTC +04:00)

İranda son sutkada 101 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın xəbərinə görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda virusdan ölənlərin sayı 55 438 nəfərə yüksəlib.

Nazirlik rəsmisi qeyd edib ki, İranda ötən 24 saat ərzində 6 045 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda virusa yoluxanların sayı 1 237 474 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 1 004 326 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR