İranda koronavirusdan ölənlərin sayı 50 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 50 mini keçib
# 05 dekabr 2020 15:55 (UTC +04:00)

İranda ötən sutka ərzində 321 nəfər koronavirusdan (COVID 19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 50 016 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 12 151 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 028 986 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR