İranda son sutkada 482 nəfər koronavirusdan ölüb

İranda son sutkada 482 nəfər koronavirusdan ölüb
  • Clock-gray 14:39
  • calendar-gray 17 Noyabr 2020

İranda ötən sutka ərzində 482 nəfər koronavirusdan (COVID 19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 42 461 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 352 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 788 473 nəfərə yüksəlib.  

İranda indiyədək 570 774  nəfər koronavirusdan sağalıb. Virus daşyıcılarından 5 691 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Süleyman Fərzəliyev

Digər xəbərlər