İranda son sutkada 5945 nəfər COVID-19-a yoluxub, 89 nəfər ölüb

İranda son sutkada  5945 nəfər COVID-19-a yoluxub, 89 nəfər ölüb
  • Clock-gray 15:01
  • calendar-gray 24 Yanvar 2021

İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 57383 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 5945 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1372977 nəfərə çatıb. Virus daşıyıcılarından 4090 n əfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1164794 nəfər koronavirusdan sağalıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər