İranda son sutkada 65 nəfər koronavirusdan ölüb

İranda son sutkada 65 nəfər koronavirusdan ölüb
# 11 fevral 2021 14:54 (UTC +04:00)

İranda ötən sutka ərzində 65 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 58 751 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, ölkədə ötən 24 saat ərzində 7 474 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 496 455 nəfərə çatıb. Virus daşıyıcılarından 3 735 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 278 857 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR