İranda son sutkada 7802 nəfər koronavirusa yoluxub, 65 nəfər ölüb

İranda son sutkada 7802 nəfər koronavirusa yoluxub, 65 nəfər ölüb
  • Clock-gray 14:43
  • calendar-gray 17 Mart 2021

İranda ötən sutka ərzində 65 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61492 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən sutka ərzində 7802 nəfər koronavirisa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1771115 nəfərə çatıb. Virus daşıyıcılarından 3859 nəfərin vəziyyəti ağırdır.

Süleyman Fərzəliyev

Digər xəbərlər