İranda son sutkada 802 nəfər koronavirusa yoluxub, 65 nəfər vəfat edib

İranda son sutkada 802 nəfər koronavirusa yoluxub, 65 nəfər vəfat edib
  • Clock-gray 14:01
  • calendar-gray 02 May 2020

İranda son bir gündə 65 nəfər koronavirusdan vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Ölkədə bu günədək koronavirusa yoluxaraq vəfat edənlərin sayı 6156 nəfərə çatıb.

Son 24 saatda 802 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da bu günədək İranda koronavirusa yoluxanların ümumi sayı 96448-ə çatıb.

İndiyədək virusa yoluxanlardan 77350 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2787 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Zümrüd Paşkin

Digər xəbərlər