İranda son sutkada koronavirusdan 174 nəfər vəfat edib

İranda son sutkada koronavirusdan 174 nəfər vəfat edib
# 06 avqust 2020 13:59 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 174 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 17 976 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 634 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 320 117 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 277 463 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan 4 156 nəfərin vəziyyəti ağır və orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR