İranda son sutkada koronavirusdan 177 nəfər vəfat edib

İranda son sutkada koronavirusdan 177 nəfər vəfat edib
# 20 dekabr 2020 15:14 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 177 nəfər vəfat edib. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 53 645 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 6312 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 1158384 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 885 054 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 5563 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR