İranda son sutkada koronavirusdan 178 nəfər vəfat edib

İranda son sutkada koronavirusdan 178 nəfər vəfat edib
  • Clock-gray 14:49
  • calendar-gray 18 Dekabr 2020

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 178 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 53 273 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 7 121 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı  1 145 651 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 865 472 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 5 627 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Süleyman Fərzəliyev

Digər xəbərlər