İranda son sutkada koronavirusdan 34 nəfər ölüb

İranda son sutkada koronavirusdan 34 nəfər ölüb
# 25 may 2020 14:10 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 34 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla ölkədə koronavirusdan ölənlərin sayı 7451 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2023 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 137 724 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 107 713 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2585 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR