İranda son sutkada koronavirusdan 346 nəfər ölüb

İranda son sutkada koronavirusdan 346 nəfər ölüb
  • Clock-gray 14:57
  • calendar-gray 27 Oktyabr 2020

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 346 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 33 299 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 968 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 581 624 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 463 611 nəfər koronavirusdan sağalıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər