İranda son sutkada koronavirusdan 48 nəfər ölüb

İranda son sutkada koronavirusdan 48 nəfər ölüb
# 12 may 2020 14:04 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 48 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 6733 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 1481 yoluxma faktı qeydə alınıb. Ölkədə indiyə kimi COVID-19-a yoluxanların sayı 110 767 nəfərə çatıb.

Xəstəlikdən ümumilikdə 88 357 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan 2713 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR