İranda son sutkada koronavirusdan 486 nəfər ölüb

İranda son sutkada koronavirusdan 486 nəfər ölüb
# 16 noyabr 2020 14:53 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 486 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 41 979 nəfərə çatıb.

İranda son sutkada koronavirusa 13 053 yeni yoluxma qeydə alınıb. Bununla da İranda indiyədək COVID-19-a yoluxanların ümumi sayı 775 121 nəfərə çatıb.

Xəstəlikdən 564 699 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR