İranda son sutkada koronavirusdan 63 nəfər ölüb

İranda son sutkada koronavirusdan 63 nəfər ölüb
# 01 may 2020 13:40 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 63 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 6091 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 1006 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da COVID-19 virusuna yoluxanların sayı 95 646 nəfərə çatıb.

İndiyədək virusa yoluxanlardan 76 318 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan 2899 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR