İranda son sutkada koronavirusdan 70 nəfər ölüb

İranda son sutkada koronavirusdan 70 nəfər ölüb
# 08 iyun 2020 13:59 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 70 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 8351 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2043 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 173 832 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 136 360 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR