İranda son sutkada koronavirusdan 87 nəfər ölüb

İranda son sutkada koronavirusdan 87 nəfər ölüb
# 18 iyun 2020 13:40 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 87 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 9 272 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 596 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 197 647 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 156 991 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2795 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR