İranda sərnişin təyyarəsi təcili eniş edib

İranda sərnişin təyyarəsi təcili eniş edib
# 17 dekabr 2020 20:04 (UTC +04:00)

"Caspian" hava yollarına məxsus 038 saylı Tehran-Şiraz istiqamətində uçan təyyarə İsfahan şəhərində təcili eniş edib.

APA-nın Tehran bürosunun məlumatına görə, yerli vaxtla 13:20 dəqiqədə baş verən hadisənin səbəbi kimi təyyarədəki texniki nasazlıq göstərilib.

Təyyarənin sərnişinlərindən xəsarət alan olmayıb. Sərnişinlər başqa təyyarə ilə İsfahandan Şiraza uçublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR