İranda tutulan Fransa vətəndaşına casusluq ittihamı irəli sürülüb

İranda tutulan Fransa vətəndaşına casusluq ittihamı irəli sürülüb
# 15 mart 2021 14:49 (UTC +04:00)

On ay əvvəl İran ərazisində tutulan fransalı turist Benjamen Brierə qarşı casusluq ittihamı irəli sürülüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə müttəhimin vəkili Səid Dehqan deyib.

Fransa vətəndaşı casusluq və İrana qarşı təbliğat aparmaqda təqsirləndirilir.

B. Brier İran-Türkmənistan sərhədi yaxınlığında icazəsiz olaraq pilotsuz uçuş aparatı qaldıraraq qadağan olunmuş ərazilərdən foto və video çəkiliş apardığı üçün 10 ay öncə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR