İranda xlor balonunun partlaması nəticəsində 27 nəfər zəhərlənib

İranda xlor balonunun partlaması nəticəsində 27 nəfər  zəhərlənib
# 14 iyun 2020 23:17 (UTC +04:00)

İranın Qərbi Azərbaycan əyalətində havanın həddindən artıq isti olmasına görə xlor balonu partlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə nəticəsində 27 nəfər zəhərlənib.

Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə günün ikinci yarısında əyalətin Poldəşt şəhərində baş verib.

Xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR