İranda zavodda güclü yanğın baş verib - VİDEO

İranda zavodda güclü yanğın baş verib - VİDEO
# 04 noyabr 2020 12:07 (UTC +04:00)

İranın İlam neft-kimya zavodunda güclü yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yanğın olefin sıxılmış qaz bölməsində qeydə alınıb.

Yanğını söndürmək üçün İlam əyalətinin bir neçə bölgəsindən yanğınsöndürənlər hadisə yerinə cəlb olunub.

Yanğın barəsində ətraflı məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR