İranda zəlzələ olub

İranda zəlzələ olub
# 30 noyabr 2019 10:20 (UTC +04:00)

İranın Xuzistan vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, noyabrın 29-da yerli vaxtla saat 20:50-də baş verən zəlzələnin episentri Xuzistan vilayətinin İzə rayonundan 22 kilometr məsafədə olub.

Bu zəlzələnin ardınca ötən gecədən səhərə kimi bölgədə 3.2, 4.3, 3.7, 2.7 bal gücündə avtorşoklar qeydə alınıb.

Məlumata əsasən, zəlzələ nəticəsində evlərə ziyan dəyib, 3 nəfər xəsarət alıb.

Bölgədə fövqəladə vəziyyət elan olunub. Bu gün səhər növbəsində məktəblərdə dərslər dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR