İranda zəlzələ olub

İranda zəlzələ olub
# 10 yanvar 2020 13:05 (UTC +04:00)

İranın Xorasan Rəzəvi və Cənubi Xorasan əyalətlərində zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar Sənqan şəhərində 4,1 bal gücündə qeydə alınıb. Zəlzələ 10 kilometr dərinlikdə yerli vaxtla saat 09:54-də baş verib.

Xilasedicilər və ekspert qrupu hadisə yerinə göndərilib, hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR