İranda zəlzələ olub

İranda zəlzələ olub
# 12 yanvar 2021 00:01 (UTC +04:00)

İranın Məşhəd şəhərində 4.2 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələnin episentri Rəzəvi Xorasan vilayətinin Sefidsəng rayonunda qeydə alınıb.

Tehran Universitetinin Seysmoloji Mərkəzi zəlzələnin yerli vaxtla saat 22:57-də, yerin 10 km dərinliyində meydana gəldiyini bildirib.

Zəızələ Məşhəd şəhəri ilə yanaşı, vilayətin Fəriman və Qulundərabad bölgəsində də hiss olunub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR