İranın Gülüstan əyalətində 4,6 bal gücündə zəlzələ olub

İranın Gülüstan əyalətində 4,6 bal gücündə zəlzələ olub
# 04 iyul 2020 22:18 (UTC +04:00)

İranın Xəzər dənizi sahilində yerləşən Gülüstan əyalətində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ saat 22:04 radələrində Gülüstan əyalətinin Gümüş təpə bölgəsində yerin 10 kilometr dərinliyində baş verib.

Yeraltı təkan ətraf rayonlarda da hiss olunub.

Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR