İranın Səhiyyə nazirinin müavini koronavirusa yoluxub - VİDEO

İranın Səhiyyə nazirinin müavini koronavirusa yoluxub - VİDEO
# 25 fevral 2020 15:54 (UTC +04:00)

İranın Səhiyyə nazirinin müavini İrac Hərirçi koronavirusa yoluxub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, nazir müavini bildirib ki, onda koronavirus aşkarlanıb.

Qeyd edək ki, İran parlamentinin Qum şəhərindən olan millət vəkili Əhməd Əmirabadi Fərahani Qum şəhərində koronavirusla bağlı vəziyyətin ürəkaçan olmadığını demişdi. Onun sözlərinə görə, indiyə kimi koronovirusdan 50 nəfər həyatını itirib, 250 nəfər karantinə alınıb, hökumət isə xəbərlərin yayılmasına mane olur.

İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi isə Qum şəhərində 50 nəfərin koronavirusdan ölməsi ilə bağlı yayılan xəbəri təkzib etmişdi: "Qum şəhərində ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəyəm. Koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb. Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR