İranın XİN rəhbəri Pompeonu səsləndirdiyi ittihamları uydurma adlandırıb

İranın XİN rəhbəri Pompeonu səsləndirdiyi ittihamları uydurma adlandırıb
# 13 yanvar 2021 06:14 (UTC +04:00)

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Tehrana qarşı Əl-Qaidə terror qruplaşması ilə bağlı səsləndirdiyi ittihamları uydurma adlandırıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Cavad Zərif bu barədə “Twitter” hesabında yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo İranı Əl-Qaidənin yeni bazası olduğunu demişdi. O, əlavə etmişdi ki, Əl-Qaidənin hazırkı lideri Ayman əz-Zəvahiri hazırda İrandadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR