İranın bəzi yerlərində parlament seçkiləri ilə bağlı səsvermənin müddəti uzadılıb

İranın bəzi yerlərində parlament seçkiləri ilə bağlı səsvermənin müddəti uzadılıb
# 21 fevral 2020 19:19 (UTC +04:00)

İranda parlament seçkiləri ilə bağlı səsvermənin saat 18:00-da başa çatması nəzərdə tutulsa da, bəzi yerlərdə müddət axşam saat 20:00-dək uzadılıb.

APA-nın Tehran müxbirinin xəbərinə görə, səbəb arzu edənlərin hamısının səsvermədə iştirakını və rahat səs verə bilməsini təmin etməkdir.

Qeyd edək ki, 11-ci çağırış parlament seçkilərində səsvermədə seçki hüququ olan 57 milyon 918 min insanın iştirak edəcəyi nəzərdə tutulub. Səsvermə hüququ olan şəxslərdən 29 milyon 39 min 152 nəfər kişi, 28 milyon 879 min 6 nəfər qadındır.

Seçkilər 208 dairə və 54 mindən çox məntəqədə həyata keçirilir. Eləcə də dini azlıqlar üçün 5 xüsusi dairədə seçki təşkil olunub
Son məlumata görə, Üsulgəra düşərgəsindən İnqilabçı Qüvvələr Koalisiyası və İslam İnqilabı Sabitlik Cəbhəsi Tehranın sabiq meri Məhəmməd Baqir Qalibafın başçılığı ilə müştərək siyahı haqqında razılıq əldə ediblər. Bu düşərgənin seçkilərdə qələbə qazanmaq şansının daha çox olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR