İranın hazırladığı peyvəndin insan üzərində testinin ikinci mərhələsi başlayıb

İranın hazırladığı peyvəndin insan üzərində testinin ikinci mərhələsi başlayıb
  • Clock-gray 22:07
  • calendar-gray 04 Yanvar 2021

"İranın koronavirusa qarşı hazırladığı peyvəndin insan üzərində testinin ikinci mərhələsi üçün lisenziya dünən gecə verilib və bu mərhələ bu gündən başlayacaq." 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran Tibb Elmləri Universitetinin Klinik Tədqiqat Mərkəzinin direktoru Hamid Hüseyni deyib.

İran peyvəndinin bu həftənin sonunadək 4 könüllüyə vurulacağını deyən H.Hüseyni əlavə edib ki, ikinci mərhələnin nəticələri gələn həftənin əvvəlində monitorinq komitəsinə bildiriləcək".

Tehran Tibb Elmləri Universitetinin Klinik Tədqiqat Mərkəzinin direktoru sınağın ilk mərhələsində peyvənd olan könüllülərin ümumi sağlamlıq vəziyyəti ilə bağlı deyib: "Hazırda onlar yaxşıdırlar və hər şey öz qaydasındadır".

H.Hüseyni İran peyvəndinin klinik sınaqlarının ilk fazasının iki ay sürəcəyini bildirib və deyib ki, bu mərhələdə 56 könüllü iştirak edir.

Onun sözlərinə görə, peyvənd hər könüllüyə iki dəfə və 14 gün fasilə ilə vurulacaq.

Qeyd edək ki, iranlı mütəxəssislərin koronavirusa qarşı hazırladığı "Covİran Bərəkət" adlı vaksinin klinik sınaqlarının ilk fazası dekabrın 29-da başlayıb. 

Süleyman Fərzəliyev

Digər xəbərlər