İranın nüvə proqramına dair danışıqlar davam etdiriləcək - YENİLƏNİB

İranın nüvə proqramına dair danışıqlar davam etdiriləcək - YENİLƏNİB
  • Clock-gray 16:43
  • calendar-gray 02 Aprel 2021

İranın nüvə proqramına dair danışıqlar davam etdiriləcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter”də bildirib. 

Onun sözlərinə görə, bugünkü virtual iclasda görüşün aprelin 6-da Vyanada keçirilməsi haqda razılıq əldə olunub.

XİN başçısı qeyd edib ki, hədəf sanksiyaların tam ləğv edilməsidir və bu baş verdikdən sonra İran qarşılıqlı addımlar atacaq. O, İran və ABŞ arasında görüşə zərurət olmadığını bildirib. Cavad Zərif vurğulayıb ki, iki ölkə arasında heç bir görüş baş tutmayacaq.

***

saat 13:54

İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) üzrə müştərək komissiyanın virtual iclası keçirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, İran və 5+1 ölkələrinin (Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya) xarici işlər nazirlərinin müavinləri səviyyəsində təşkil olunan iclasda ABŞ-ın yenindən İranın nüvə müzakirələrinə qayıtma ehtimalı ilə bağlı məsələlər müzakirə olunur.

Bundan başqa, iclasda İranın və digər Qərb ölkələrinin HBFP üzrə öhdəliklərini yerinə yetirilməsi məsələsi müzakirə edilir.

Süleyman Fərzəliyev

Digər xəbərlər