İranın şərqində 5,8 bal gücündə zəlzələ olub

İranın şərqində 5,8 bal gücündə zəlzələ olub
# 02 yanvar 2020 09:36 (UTC +04:00)

İranın Seysmoloji Mərkəzi xəbər verir ki, İranın şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təkanlar yerli vaxtla 04:29-da (Bakı vaxtı ilə 08:29-da) qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinliyə təsadüf edib. Zəlzələnin episentri Xorasan-Rəzəvi əyalətində olub.

Hazırda dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR