İranla Türkiyə arasında səfərlər üçün xarici pasportun ləğvi təklif olunur

İranla Türkiyə arasında səfərlər üçün xarici pasportun ləğvi təklif olunur
# 16 fevral 2021 13:11 (UTC +04:00)

İranla Türkiyə arasında səfərlər üçün xarici pasportun ləğv edilməsi təklif olunur.

APA-nın Tehran bürosu xəbər verir ki, yerli mətbuat İran və Türkiyədən olan turistlərin hər iki ölkəyə səfər etməsi üçün xarici pasportun ləğv edilməsi təklifinin irəli sürüldüyü barədə məlumat yayıb.

Sözügedən təklif İran-Türkiyə Birgə Turizm Əməkdaşlığına dair Texniki Komitənin iclasında irəli sürülüb. Virtual formatda keçirilən görüşdə İran və Türkiyənin turizm rəsmiləri postpandemiya dövründə iki qonşu ölkə arasında turizm əlaqələrinin əhəmiyyətinin vacibliyini vurğulayıblar.

Məlumatlara görə, görüşdə Türkiyənin qaldırdığı məsələlərdən biri də iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri üçün pasportun ləğv edilməsi olub. Yerli medianın yazdığına görə, bu təklif turist mübadiləsində balans yaratmaq məqsədi ilə irəli sürülüb və bu məsələyə baxılması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR