İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB-3

İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB-3
# 23 fevral 2020 15:20 (UTC +04:00)

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 9 nəfər ölüb, 37 nəfər yaralanıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyə Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib.

Yaralılardan 9-nun durumu ağırdır.

***

saat 13.03

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda ölənlərin sayı 8 nəfərə çatıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Xilasetmə əməliyyatları davam edir.

***

saat 12.57

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 21 nəfər yaralanıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib ki, yaralılardan 8-nin durumu ağırdır.

Təbii fəlakət zonasına xilasetmə briqadaları cəlb edilib.

***

saat 12.30

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Vanın Başqala qəsəbəsinə bağlı Özpınar kəndində 6 nəfər, Güvənlik kəndində 1 nəfərin dağıntılar altında qalaraq öldüyünü bildirib.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib.

***

saat 12.08

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyənin Van rayonunun Başqala qəsəbəsində dağıntılar altında qalan 3-ü uşaq olmaqla, 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR