İranlı nazir: “Koronavirusla bağlı qarşıdakı həftə çox ağır olacaq”

İranlı nazir: “Koronavirusla bağlı qarşıdakı həftə çox ağır olacaq”
  • Clock-gray 17:23
  • calendar-gray 28 Fevral 2020

“Koronavirusa görə növbəti 3 gün ərzində ölkənin bütün məktəblərində tətil olacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə naziri Səid Nəməki deyib.

Nazir əhaliyə müraciət edərək koronavirusun yayılmasının qarşısını almaq üçün onları əməkdaşlığa və zərurət yaranmadığı təqdirdə başqa şəhərlərə səfər etməkdən çəkinməyə çağırıb.

Nazir bildirib ki, şəhərlərdə karantin elan edilməsi düzgün deyil.

“Koronavirusla bağlı qarşıdakı həftə çox ağır olacaq”, - deyə S. Nəməki vurğulayıb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 34 nəfərə, virusa yoluxanların sayı isə 388 nəfərə çatıb.  

 

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date