İraq gəmisi İranın ərazi sularında qaçırılıb

İraq gəmisi İranın ərazi sularında qaçırılıb
# 21 mart 2021 19:14 (UTC +04:00)

İraq gəmisi İranın ərazi sularında qaçırılıb.

APA-nın “Mavasin News” portalına istinadən verdiyi məlumata görə, dəniz quldurları iraqlı sahibkardan gəmini və gəmi heyətini buraxmaq üçün 80 min dollar tələb edib.

Gəmi və heyətinin hazırda harada olduğu məlum deyil.

Gəminin sahibi dəniz quldurlarının səs yazısını İraqın Bəsrə vilayətinin deputatı Kazem Hamamiyə təqdim edib. Deputat səs yazısını Bəhreyndə yerləşən Fövqəladə Hallarda Qarşılıqlı Yardım üzrə Mərkəzə və İraqın müvafiq dövlət strukturlarına təqdim edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR