İraq parlamentinin hökumətin yeni tərkibini təsdiqləməsi mümkün olmayıb

İraq parlamentinin hökumətin yeni tərkibini təsdiqləməsi mümkün olmayıb
  • Clock-gray 19:45
  • calendar-gray 01 Mart 2020

İraq parlamentinin bu gün Məhəmməd Taufik Alauinin rəhbərlik edəcəyi yeni hökumətə etimadla bağlı planlaşdırılan xüsusi iclasını keçirmək mümkün olmayıb.

APA-nın “Al Sumaria” telekanalına istinadən verdiyi məlumata görə, parlamentarilər səsvermənin başlaması üçün kvoruma nail ola bilməyib.

Parlamentin 329 deputatından yalnız 108-i iclasa qatılıb. Hökumətə etimad üçün isə 165 deputatın dəstəyi lazımdır.  M. T. Alauinin nazir postlarına təklif etdiyi namizədlərdən narazı qalan siyasi bloklar iclası baykot ediblər. Nəticədə parlament rəhbərliyi iclası təxirə salıb. Ancaq hələ ki, yeni iclasın vaxtı müəyyənləşməyib.

Bununla belə, parlamentin spikeri, sünni siyasi qüvvələrin bir araya gəldiyi “İraq gücləri” koalisiyasının nümayəndəsi Məhəmməd əl-Xalbusi deyib ki, qanuna əsasən parlamentin yeni hökumətə etimad üçün səsvermə müddəti sabah başa çatır. Əgər sabah da yeni hökumətə etimad səsverməsi keçirilməzsə, bütün proses əvvəldən başlamalıdır. Yəni yenidən Prezident Bəhram Saleh parlament çoxluğunun Baş Nazir postuna irəli sürəcəyi yeni namizəd seçməlidir.

apa-logo-mini

Digər xəbərlər