İraqda 8 günlük komendant saatı tətbiq olunacaq

İraqda 8 günlük komendant saatı tətbiq olunacaq
  • Clock-gray 07:23
  • calendar-gray 17 May 2020

İraqda yeni koronavirus pandemiyası səbəbindən şənbə günündən etibarən səkkiz gün ərzində sutkalıq komendant saatı tətbiq olunub.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, gecə-gündüz özünütəcrid rejimi 22 may cümə günü başlayacaq və mayın 30-dək davam edəcək. Müqəddəs Ramazan ayının sonunda qeyd edilən üçgünlük bayramı da iraqlılar evdə qeyd edəcək. Yaxın Şərqin əksər ölkələrində Ramazan ayı mayın 24-də başa çatır.

İslam təqviminin əsas tarixlərindən biri olan bu bayramda İraq camaatı qohumlarını və dostlarını ziyarət edir, şəhərdən kənara çıxır, parklarda və digər istirahət yerlərində toplaşırlar.

Qeyd edək ki, hazırda İraqda 3260 nəfər koronavirusa yoluxub, 121 nəfər ölüb, 2166 nəfər isə sağalıb.

apa-logo-mini

Digər xəbərlər