İraqda İŞİD terrorçularının hücumu nəticəsində 4 polis əməkdaşı ölüb

İraqda İŞİD terrorçularının hücumu nəticəsində 4 polis əməkdaşı ölüb
# 22 dekabr 2019 14:52 (UTC +04:00)

İŞİD terror təşkilatının bir qrup silahlısı İraqın Səlahəddin vilayətində polis postuna hücum edib.

APA-nın xəbərinə görə, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.

Bayci şəhərində neft obyektlərinin mühafizəsi üçün yaradılmış posta hücum nəticəsində 4 polis əməkdaşı öldürülüb. Atışma zamanı üzərində partlayıcı qurğu olan bir terrorçu məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR