İraqda baş nazirin istefası məsələsi səsverməyə çıxarılacaq

İraqda baş nazirin istefası məsələsi səsverməyə çıxarılacaq
# 01 dekabr 2019 05:45 (UTC +04:00)

İraq parlamenti dekabrın 1-də növbədənkənar iclasında baş nazir Adil Əbdül Mehdinin istefası məsələsinə baxacaq.

APA "Al-Hadath" telekanalına istinadən xəbər verir ki, hökumət başçısı şənbə günü ölkənin qanunverici orqanının sədrinə öz istefası haqqında rəsmi ərizə ilə müraciət edib.

İraqın "INA" agentliyinin məlumatına görə, bu, Nazirlər Kabinetinin təcili iclasından sonra baş verib. Baş nazir bu addımı hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini nəzərə alaraq, xalqın maraqlarını və nümayişçilərin tələbini yerinə yetirmək üçün atdığını bildirib.

Ölkə Konstitusiyasına əsasən baş nazirin istefası deputatların əksəriyyəti tərəfindən qəbul olunmalıdır. Onun vəzifədən gedəcəyi təqdirdə hökumət üzvləri 30 gün ərzində Nazirlər Kabinetinin yeni rəhbəri təyin olunanadək öz səlahiyyətlərinin icrasını davam etdirəcəklər.

Xatırladaq ki, İraqda iki aydır davam edən etiraz aksiyaları zamanı 400 nəfərdən çox insan həlak olub, 15 min nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR