İraqda etiraz aksiyalarında 4 nəfər ölüb, 40-dan çox etirazçı yaralanıb

İraqda etiraz aksiyalarında 4 nəfər ölüb, 40-dan çox etirazçı yaralanıb
# 25 yanvar 2020 20:44 (UTC +04:00)

İraqın paytaxtı Bağdad və Ən-Nasiriyə şəhərlərində etirazçılarla polis arasında baş verən toqquşmalarda dörd nəfər ölüb, 40-dan çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə “Reuters” yerli polis və həkimlərə istinadən məlumat yayıb.

Məlumata görə, Bağdadda bir etirazçı öldürülüb, 30-dan çox adam yaralanıb. Toqquşmalar Təhrir meydanı ərazisində baş verib. Ən-Nasiriyədə isə həkimlər üç ölünün və 14 yaralının olduğunu bildirib.

Etirazlar ölkənin digər şəhərlərində də keçirilib. Təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı silah və gözyaşardıcı qazdan istifadə etdiyi qeyd olunur.

Qeyd edək ki, yanvarın 24-də Bağdadda və ölkənin digər şəhərlərində yürüşlər keçirilib. Etirazçılar Amerika qoşunlarının İraqdan çıxarılmasını tələb ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR