İraqda hərbi bazanın atəşə tutulması zamanı ABŞ hərbçiləri xəsarət almayıb

İraqda hərbi bazanın atəşə tutulması zamanı ABŞ hərbçiləri xəsarət almayıb
# 13 yanvar 2020 03:20 (UTC +04:00)

İraqın Salah əd-Din əyalətindəki “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulan zaman heç bir ABŞ hərbçisi xəsarət almayıb.

APA-nın məlumatına görə, bu barədə RİA Novosti-yə ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, “Balad” hərbi bazasının raket atəşinə tutulması zamanı koalisiyanın şəxsi heyətindən, o cümlədən ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.

Qeyd edək ki, İraqdakı hərbi mənbədən verilən məlumata görə, bazar günü sözügedən hərbi bazaya 5 raket atılıb. Atəş nəticəsində 4 İraq hərbçisinin yaralandığı bildirilib. Yaralananlardan 2-si zabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR