İraqda türkiyəli diplomatı qətlə yetirənlərdən ikisi edam olunacaq

İraqda türkiyəli diplomatı qətlə yetirənlərdən ikisi edam olunacaq
# 11 fevral 2020 12:07 (UTC +04:00)

İraqda türkiyəli diplomat Osman Kösə və iki iraqlının qətlə yetirilməsində təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Birzo Said məlumat verib.

O bildirib ki, Ərbil Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən 2-si barədə edam hökmü çıxarılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilənlərdən bir nəfəri 1 il, yerdə qalan üç nəfər isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, türkiyəli diplomatlara hücum iyulun 17-də Ərbil restoranlarının birində baş verib. Nəticədə bir türkiyəli diplomat Osman Kösə və 2 iraqlı həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR