İraqın yeni Baş Naziri NATO-nun Baş katibini Bağdada dəvət edib

İraqın yeni Baş Naziri NATO-nun Baş katibini Bağdada dəvət edib
# 09 may 2020 08:22 (UTC +04:00)

İraqın Baş Naziri Mustafa əl-Kazemi yaxın vaxtlarda Bağdada səfər etmək və ölkənin ittifaqla əlaqələrinin möhkəmləndirilməsi barədə müzakirələr aparılması üçün NATO-nun Baş katibi Yens Stoltenberqə dəvətnamə göndərib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş Nazirin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin “Əl-Sumaria” telekanalına verdiyi məlumata görə, Stoltenberq Baş Nazirə zəng edərək onu vəzifəyə təyin olunması və parlamentdən etimad səsi alması münasibətilə təbrik edib.

Baş katib “ittifaqın terrorizmlə mübarizədə İraqla əməkdaşlığı gücləndirmək” niyyətində olduğunu deyib.

“İraq hökuməti NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verir”, - əl-Kazemi belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR