İsrail Qəzza sektorunda hərbi əməliyyat aparmağa hazırlaşır

İsrail Qəzza sektorunda hərbi əməliyyat aparmağa hazırlaşır
  • Clock-gray 19:27
  • calendar-gray 08 Dekabr 2019

İsrail Baş Naziri Binyamin Netenyahu İsrail ordusuna Qəzza sektorunda mümkün hərbi əməliyyata hazırlaşmaq barədə göstəriş verib. 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, B. Netenyahu bunu bu gün Nazirlər Kabinetinin iclasında bildirib. 

İsrail və Qəzza sektorunun sərhədində növbəti atışma ötən gecə baş verib. Qəzza sektorundan 3 raketin buraxılmasından sonra İsrail ordusu HƏMAS-ın mövqelərinə hücum edib.

B. Netenyahu deyib ki, əgər atışma davam edəcəksə, HƏMAS-la hər hansı razılaşma olmayacaq: “Əksinə, onlar hələ bizim gücümüzü hiss edəcəklər. Müdafiə naziri və İsrail ordusuna mümkün hərbi əməliyyata hazırlaşmaq barədə göstəriş vermişəm”.

apa-logo-mini

Digər xəbərlər