İsrail ordusu Colan yüksəkliklərinə mərmi atıb, 4 nəfər ölüb

İsrail ordusu Colan yüksəkliklərinə mərmi atıb, 4 nəfər ölüb
# 04 avqust 2020 16:36 (UTC +04:00)

İsrail ordusu Colan yüksəkliklərinin Kuneytrə bölgəsinə mərmi atıb, 4 mülki şəxs ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın “Al Vatan” qəzeti məlumat yazıb.

“Bazar ertəsi axşam İsrail qüvvələrinin atdığı mərmi nəticəsində Kuneytrə əyalətinin cənubundakı Ein Qadi qəsəbəsindən olan dörd mülki şəxs həlak olub”, - qəzetin məlumatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR