İsrail ordusu Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib

İsrail ordusu Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
# 25 iyul 2020 03:40 (UTC +04:00)

İsrail ordusuna məxsus helikopterlər Suriyanın cənubunda yerləşən hərbçilərin müşahidə postlarını və bazalarda yerləşən kəşfiyyat toplama sistemləri də daxil olmaqla, bir neçə obyektlərə zərbə endirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, İsrailin bu hücumu cümə günü Golan yüksəkliklərinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib: “İsrail Müdafiə Qüvvələri qətiyyətli hərəkətə davam edəcək və suverenliyimizin pozulmasına hər an cavab verəcək”.

SANA xəbər agentliyinin məlumatına görə, İsrailin hərbi helikopterlərinin hücumları nəticəsində ən azı iki nəfər yaralanıb. Suriya ordusunun üç dayaq məntəqəsinin atəşə tutulduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR