İsrail prezidenti COVID-19-a qarşı peyvənd olunub

İsrail prezidenti COVID-19-a qarşı peyvənd olunub
# 20 dekabr 2020 17:12 (UTC +04:00)

İsrail prezidenti Reuven Rivlin, bu gün Yəhudi əyalətində başlayan kütləvi koronavirus peyvəndinin birinci mərhələsi çərçivəsində COVID-19-a qarşı peyvənd olunub.

APA bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Reuven Rivlin bu hərəkəti ilə koronavirusla bağlı ümumi peyvəndləşmə prosesinə dəstək olduğunu vurğulayıb.

Onu da qeyd edək ki, dünən də ölkənin Baş naziri Binyamin Netanyahu peyvənd olunub. Bu gün səhərdən isə İsraildə COVID-19-a qarşı kütləvi peyvəndləşmə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR